EN

Kiprlə bağlı son vəziyyət müzakirə olunub

Ersin Tatar və Kolin Stüart Kiprlə bağlı son vəziyyəti müzakirə ediblər.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və BMT Sülhməramlı Qüvvələrinin Kiprdəki missiyasının rəhbəri Kolin Stüartı qəbul edib.

Modern.az xəbər verir ki, dövlət rəsmilərinin də iştirak etdiyi görüşdə Kiprlə bağlı son vəziyyət müzakirə olunub. 
 Kolin Stüartın bugünlərdə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəyi və Kipr məsələsi ilə bağlı son hadisələr barədə hesabat təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Ersin Tatardan əvvəl Cənubi Kipr Respublikasının Prezidenti Nikos Hristodulidis ilə də görüşüb. 

Səadət Hakıyeva

Chosen
19
modern.az

1Sources