EN

Azərbaycan səhiyyəsi "Semaşko modelindən" çıxdı- Səhiyyə nazirinin müavini


Ölkəmizdə uzun illər Sovet İttifaqı zamanı məhz o dönəmin səhiyyə sistemi tətbiq edilirdi. Bu, "Semaşko modeli" idi. Bu modelin iki əsas sütunu var. Birincisi, tibb xidmətləri pulsuzdur, ikincisi isə profilaktik tibbdir. Yəni daha çox diqqəti yetiririk ki, xəstəliklər baş verməsin. Düşünürəm ki, zamanı və sovet ideologiyasının əsası üçün bu yanaşma, bu model kifayət qədər uğurlu idi. "Semaşko modeli" kifayət qədər yaxşı işləyirdi. Amma zaman, dövr dəyişib. Bizim ölkəmiz də Sovet İttifaqı dağılandan və müstəqillik qazanandan sonra dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanmağa başladı və sovet idarəçilik sistemindən müasir idarəetmə dövrünə keçid başladı.

"Medicina" xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”-də səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib.

Bu dövr müddətində ölkəmizdə səhiyyə sahəsində, səhiyyənin möhkəmləndirilməsi istiqamətində xeyli işlər görüldü. Burada çox vacib amil maddi-texniki bazanın gücləndirilməsidir. Bu müddət ərzində 700-750-dən çox tibb müəssisəsi ya əsaslı təmir edilib, ya da yenidən qurulub. Tibb təhsili sistemində islahatlara başlanılıb. 2011-ci ildən internatura sistemi rezidentura ilə əvəzlənib.

Bu işlərin içində ən son və mühüm addım ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi idi. Hansı ki, bu sistemin tətbiqi öz növbəsində 2 əsas nəticəyə gəlməyə əsas verdi. Birinci nəticə odur ki, səhiyyənin maaliyyələşməsi artıb. Bu da tibb sahəsində daha çox iş görməyə imkan yaradır. İkinci nəticə isə odur ki, vətəndaşların xərcləri azalıb. Bu, çox vacib amildir.

Müasir səhiyyə idarəşiıiyi vətəndaş ətrafında qurulub. Bu, bizim ölkələrdə də, digər ölkələrdə də belədir. Pasiyent və vətəndaşyönümlü yamaşmadır. Vətəndaşın tam hüququ var ki, sağlamlığı ilə bağlı problemi olarsa, düzgün zamanda, düzgün yerdə və düzgün ixtisaslı kadr tərəfindən düzgün yardım ala bilsin. Bunun təmin edilməsi məhz səhiyyə sisteminin vəzifəsidir.

Eyni zamanda müasir tələblərin səhiyyə sisteminin qarşısında iqtisadi səmərəliliyi, hesabatlılığı, şəffaflığı ortaya qoyur ki, bu da səhiyyə sisteminin iqtisadi tərəfdən dəstəyinə gətirib çıxarır.

Nəhayət, son dövrün tələbi səhiyyə sistemlərinin ətraf mühitə daha az zərər verməsi, ekoloji baxımdan çağırışlara hazır olması, o cümlədən iqlim dəyişikliklərinə hazır olan və dayanıqlı səhiyyə sistemlərinin olmasıdır.

2024-cü ildə ölkəmizdə çox müxtəlif hadisələr baş verib. Onların arasında ən vacibi və ən böyüyü COP29 tədbiri idi. Bu tədbir ölkəmiz üçün sözün yaxşı mənasında desək, bir sınaq idi. Həm də tibb, səhiyyə sistemi üçün bir sınaq idi. Çünki hələ bu qədər xarici qonaqların gəlməsi, bir yerə toplaşması olan bir tədbir olmamışdı.

Yəqin ki, hamımız çox məmnunuq ki, həm ölkəmiz, həm də səhiyyə sistemimiz bu sınaqdan başıuca çıxa bilib. COP29-un həm konfrans kimi nəticələri, həm də təşkilati baxımdan keçirilməsi çox yüksək səviyyədə idi.

Bu tədbir də səhiyyə idarəçilərinin bir araya gələrək öz fikirlərini bölüşməsi üçün bir platformadır. Necə ki, müxtəlif tibb mütəxəssisləri konfranslara, tədbirlərə toplaşıb bir-biri ilə bilik və bacarıq mübadiləsi edirlərsə, səhiyyə idarəçilərinin də toplaşması üçün olan platforma buradır.

Əminəm ki, burada toplaşan həm dövlət, həm özəl tibb müəssisələrinin rəhbərləri, idarəçiləri öz problemlərini, fəaliyyətlərini bir-biri ilə bölüşəcəklər, nəyi necə etmək mümkündürs, onu müzakirə edəcəklər və burada təqdim edilən sessiyalardan, müzakirələrdən yararlanacaqlar.

MEDİCİNA.AZ


Chosen
17
medicina.az

1Sources