Gürcüstan prezidenti Salome Zurabişvili polisin dinc nümayişçilərə qarşı təzyiqləri fonunda Avropa İttifaqını ölkənin rusiyayönlü hökumətinə yeni seçkilər keçirmək üçün təzyiq göstərməyə çağırıb.
Herbiand.az xəbər verir ki, Zurabişvili Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışında 26 oktyabr seçkiləri zamanı mümkün pozuntuları xatırladıb.
“Bir sıra rayonlarda və bəzi ərazilərdə baş verən zorakılıqları şəxsən özüm gördüm, daxili işlər nazirinə (Gürcüstan Vaxtanq Qomelauri - red.) zəng vurdum və onunla əlaqə saxlaya bilmədim... İndiyə qədər o, geri zəng etməyib”.
Prezident bildirib ki, müəyyən mənada özümüzü 1921-ci ilə (Qırmızı Ordunun Tiflisə daxil olduğu vaxta – red.) qayıtmış kimi hiss edirik.
“Onlar (gürcülər - red.) baş verənləri öz azadlıqlarından, gələcəklərindən və müəyyən mənada müstəqilliklərindən məhrumetmə kimi qəbul edirlər”, deyə o əlavə edib.