EN

İcra hakimiyyəti və iş adamlarının üz çevirdiyi bölgə klubunda SON DURUM

"Cəbrayıl"da uzun müddətdir davam edən maliyyə böhranının pik nöqtəyə çatmasını dünən xəbər vermişdik.

Hətta kollektiv Birinci Liqanın 10-cu turunda meydana çıxmamaq təhükəsi ilə üz-üzə idi.

Belə ki, rəhbərlik komanda üzvlərinə "Zaqatala" ilə səfər matçına getməyə pul olmadığını və oyun günü yola çıxmağı təklif edib.

Lakin futbolçular buna etiraz edib. Gecə yola çıxıb, uzun məsafə qət etdikdən sonra meydana çıxmağın mümkünsüz olduğunu bildiriblər.

Çıxılmaz vəziyyətdə qalan komandanın dadına nə qədər qəribə səslənsə də elə komanda üzvləri özü çatıb.

Yerli icra hakimiyyəti və iş adamları yaxasını kənara çəkdiyi halda, az məbləğdə maaşa işləyən insanlar klub üçün fədakarlıq edib.

Onlar otelin pulunu özləri verməyi qərara alıb.

Nəqliyyat və qidalanma xərci isə stadionun arendası üçün ayrılmış pulla qarşılanacaq.

Bölgə klubu ev oyunlarını və gündəlik məşqlərini "Səbail"in meydanında edir. Premyer Liqa təmsilçisi aşağı liqa klubuna bir neçə gün möhlət verib.

Yalnız bundan sonra matçdan bir gün əvvəl yola çıxmaq mümkün olub.

Gördüyünüz kimi, Birinci Liqa təmsilçisi bir səfər oyununa getmək üçün hansı əzablara qatlaşıb.

Bu dəfə də problem öz həllini belə tapdı. Əgər buna həll yolu demək olarsa...

Bəs növbəti oyunlar necə olacaq?

Region komandasına yiyə duran olmasa, bu şərtlər altında uzun müddət duruş gətirmək mümkün olmayacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Chosen
31
sportinfo.az

1Sources