EN

Azərbaycanın meyvə-tərəvəz idxalı artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 628 milyon dollar dəyərində 610 min ton meyvə-tərəvəz ixrac olunub.
 
Moderator.az Dövlət Gömrük Komitəsinin gömrük statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər ifadəsində, həm də miqdar baxımından azalma deməkdir.
 
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanın meyvə-tərəvəz ixracı 641,2 milyon dəyərlə 641,7 min ton təşkil etmişdi. Beləliklə, meyvə-tərəvəz ixracında dəyər baxımından 2,1 faiz, miqdar baxımından isə 5 faiz azalma qeydə alınıb.
 
Hesabat dövründə xaricdən meyvə-tərəvəz idxalının dəyəri 246 milyon 470.36 min dollar(ötən ilin eyni dövründə 200 milyon 831.30 min dollar) təşkil edib.
 
Chosen
1
1
moderator.az

10Sources