EN

Kaxa Kaladze: “Hökumətin praqmatik siyasəti ölkənin maraqlarına əsaslanır”

Yazını böyüt
Yazını kiçilt

“Gürcüstan hökuməti dəfələrlə aydınlaşdırıb ki, biz Qərb və Amerika Birləşmiş Ştatları ilə münasibətləri yaxşılaşdırmağa, mövcud münasibətləri həddən artıq yükləməyə hazırıq. Çünki bu, heç kimin xoşuna gəlmir”.

Hafta.az-ın yazdığına görə, bu barədə Tbilisinin meri Kaxa Kaladze paytaxt hökumətinin bu gün keçirilən iclasında bildirib. Onun qeyd etdiyi kimi, tezliklə hamı əmin olacaq ki, Gürcüstan hökumətinin həyata keçirdiyi praqmatik siyasət ilk növbədə ölkənin maraqlarına əsaslanır.

“Bizim üçün vacib olan ölkəmizin, xalqımızın mənafeyini qorumaqdır. Siz hamınız görürsünüz ki, dünyada hansı proseslər gedir, çox şeylər dəyişəcək, yenidən qurulacaq. Amma ən əsası odur ki, ölkəmizdə sülh, əmin-amanlıq hökm sürəcək və Gürcüstan bundan sonra da inkişaf edəcək, irəliləyəcək. Biz hər şeyi etmişik, edirik və gələcəkdə də prosesləri sürətləndirmək üçün edəcəyik. Bu yolda hansısa uğur əldə etmişiksə, bu, “Gürcü arzusu – Demokratik Gürcüstan”ın məziyyətidir. Məhz bizim hökumətin dövründə Avropaya inteqrasiya yolunda bütün irəliləyişlər olub, lakin şantaj, daimi təhdidlər, təhqirlər, ikinci cəbhəyə qoşulmaq tələbləri və sanksiyalar – bunlar birbaşa ölkəmizə, sadə vətəndaşlara zərər vuran mövzulardır”, – Kaxa Kaladze deyib.

Onun izahatına görə, heç kimə Gürcüstandan başqa böyük dövlətin maraqlarını təmin etmək üçün istifadə etməyə icazə verilməyəcək.

“Biz əvvəldən ölkəmiz üçün fəlakətli olacağını bildiyimiz bir şeyi etmədik, amma ola bilsin ki, başqa ölkələr bundan yararlanıb öz xeyrinə istifadə etsinlər. Heç kim imkan vermək istəmir ki, Gürcüstandan hansısa başqa böyük ölkənin maraqlarını təmin etmək üçün istifadə olunsun. Biz yalnız dostluq və tərəfdaşlıq, münasibətləri dərinləşdirmək istəyirik. Təbii ki, indi Qərblə, ABŞ-la münasibətlər ürəkaçan deyil. Gürcüstan hökuməti dəfələrlə aydınlaşdırıb ki, biz bu münasibətləri yaxşılaşdırmağa, mövcud münasibətləri həddən artıq yükləməyə hazırıq. Biz sağlam münasibətlərə hazırıq, əsas odur ki, bu, qarşılıqlı olsun”, – deyə Kaxa Kaladze bildirib.

Chosen
2
hafta.az

1Sources