“Kanada ölkəmizin 51-ci ştatı olsaydı vətəndaşlar həm vergilərə, həm də müdafiə məsələlərinə ayrılan vəsaitə xeyli qənaət etmiş olardı”.
Leqal.info xəbər verir ki, bunu yanvarın 20-də ABŞ-nin prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.
O qeyd edib ki, kanadalıların bir çoxu məhz bunu istəyir.
D. Tramp, həmçinin ABŞ-nin bu ölkəyə subsidiya ayırmasının qəribə olduğunu qeyd edib:
“Kim Kanadaya ildə 100 milyon dollardan çox vəsait ayırmağımızın səbəbini izah edə bilər? Bu mənasızdır! Əksər kanadalılar bu ölkənin 51-ci ştatımız olmasını arzulayır”.
Leqal.info