EN

ABŞ planlaşdırdığı hərbi yardımın hamısını Kiyevə verə bilməyəcək

AzVision.az ABŞ mediasına istinadən xəbər verir ki, Ağ Ev tələsir, çünki gələcək prezident Donald Trampın Ukraynanı dəstəkləməyi davam etdirməsi barədə niyyətləri aydın deyil. Bu müharibəyə son qoymağın zəruriliyi ilə bağlı çoxsaylı bəyanatlar verən Tramp, iki gün əvvəl Ukrayna prezidenti Volodymir Zelenskinin bəzi ərazi güzəştlərinə hazır olması zərurətini vurğulayıb.

“O, sövdələşməyə hazır olmalıdır, vəssalam. Müqavilə olmalıdır. Çox adam öldürülür”,- ABŞ-nin gələcək prezidenti öz mövqeyini açıq şəkildə bildirib.

İndi xüsusi prezident fondunda olan 5,6 milyard dollar Pentaqonun anbarından silahların alınmasına və dərhal Ukraynaya göndərilməsinə imkan verir.

- Ancaq yanvarın 20-də Trampın andiçmə mərasiminə qədər Müdafiə nazirliyinin bütün məbləği xərcləməyə vaxtı çatmaya bilər. Bu, böyük puldur və hazırkı administrasiya yanvarın 20-dək Ukraynaya silah göndərməyə davam etsə də, çox güman ki, vəsaitin bir hissəsi Trampın sərəncamında qalacaq. Trampın qalan vəsaitlə necə davranacağı isə məlum deyil”,- yüksək vəzifəli hərbi məmura istinad edən “Associated Press AP)” agentliyi yazır.

Pentaqonun məlumatına görə, bundan əlavə, Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü proqramı çərçivəsində 1,2 milyard dollar vəsait qalıb. “AP” mənbəsi Ağ Ev Baydenin səlahiyyət müddəti başa çatana qədər bütün bu pulları ayıra biləcəyinə ümid etdiyini bildirib.

Bu arada ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Miller Bayden administrasiyasının artıq verdiyi və planlaşdırılan hərbi yardımın Ukraynanı 2025-ci ilin sonuna qədər Rusiyaya müqavimət göstərmək üçün resurslarla təmin edəcəyini açıqlayıb.

Moskva Vaşinqtonu“soyğunçuluq” da günahlandırıb
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın dondurulmuş aktivlərindən götürüləcək gəlirlər hesabına ABŞ Dünya Bankının Ukrayna üçün xüsusi fonduna 20 milyard dollar ayırıb. Həmçinin, kənd təsərrüfatı, bərpa və iqtisadiyyatın dəstəklənməsi üçün Kiyevə daha 440 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır.

Sahil İsgəndərov
AzVision.az
Chosen
20
azvision.az

1Sources