EN

Azərbaycan vətəndaşları Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşlarıTürkiyədə 756 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 24 obyekt azdır.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında Azərbaycan vətəndaşlarıTürkiyədə 74 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabrayı ilə müqayisədə 9 obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyədə 153 min 14mənzil satın alınıb ki, bu da 2023-cü ilin noyabr ayı iləmüqayisədə 63,6 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədə1 milyon 256 min 388 mənzil satın alınıb ki, bu da 2023-cü ilineyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.

2024-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min151 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə8,2 faiz azdır.

Bu ilin yanvar – noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən21 min 363 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü iləmüqayisədə 35,1 faiz azdır.

Chosen
6
9
az.trend.az

10Sources