EN

MSK: 2 partiyanın səlahiyyətli nümayəndəsi qeydə alındı

Azərbaycanda 2025-ci il yanvarın 29-da keçirilməsi qərara alınan bələdiyyə seçkilərində 2 partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə aparılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən Klassik Xalq Cəbhəsi partiyasının və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.


Müəllif: Məlik Məlikov
Chosen
13
2
teleqraf.com

10Sources