EN

Bu gün həm ürəyə,həm beyinə faydalı müalicələrimiz varMəşhur kardiocərrah

Ürək-damar xəstəlikləri artdıqca tibb də bu xəstəliklər istiqamətində az qala hər yeniliklər edir.Bu gün cərrahiyyənin ən öndə gedəni, ən invaziv metodlarla effektiv olanı kardiocərrahiyyədir.


“Medicina” xəbər verir ki, RDM-in Ürək Mərkəzinin aparıcıcərrahı, Azərbaycanda və ölkədən kənarda ən ağır əməliyyatları uğurla icra edən kardiocərrahAnar Əmrah yeniliklərdən danışıb.


“Bu gün ürək-damar xəstəlikləri üçün çox effektiv yeni dərmanlar çıxıb. Həm ürəyə, həm şəkər xəstələri üçün, həm beyinə faydalı olan müalicə metodları var.


Ürək əməliyyatları daha az kiçik kəsiklərdən, daha az travma ilə, hətta kəsik olmadan ürəkdə mürəkkəb əməliyyatlar aparılır. Çox mürəkkəb ürək qüsurlarını döş qəfəsi açılmadan, anesteziya olmadan, hibrid əməliyyatxanalarda icra edilir və xəstə 1 gün sonra evə göndərilir.


Vətəndaşlarımıza onu tövsiyə edirik ki, özlərinə çox diqqət etsinlər ki, xəstələnməsinlər”.


Ətraflı BTV-də



Aygün Musayeva

Chosen
11
medicina.az

1Sources