EN

ABŞ-ın bu ştatında 15 ildən sonra ilk dəfə məhkum edam edilib

ABŞ-ın İndiana ştatında 15 ildən sonra ilk dəfə məhkum edam edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 1997-ci ildə qardaşı və bacısının nişanlısı da daxil olmaqla 4 nəfəri öldürməkdə təqsirli bilinən 49 yaşlı Cozef Corcora edam edilib.

Onun edamı dövlət orqanlarının son 15 ildə həyata keçirdiyi ilk edam kimi tarixə düşüb.

Məhkumun vəkilləri Corcoranın psixi sağlamlığının yerində olmadığını əsas gətirərək ölüm hökmünün dayandırılmasını tələb ediblər. Lakin butələb rədd edilib.

Qeyd edək ki, sözügedən ştatda sonuncu dəfə 2009-cu ildə Matthew Wrinklesedam edilib.

Şəbnəm Mehdizadə
Chosen
10
e-huquq.az

1Sources