EN

Prezident Cənub Qaz Dəhlizi ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamını ləğv edib.

Editor.az  President.az-a istinadən bildirir ki, bununla bağlı Prezident müvafiq sərəncam imzalayıb.

Sərəncamla “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 175 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 dekabr tarixli 389 nömrəli Sərəncamı) 3-cü və 6-cı hissələri ləğv edilib.

Eyni zamanda, “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2013, № 10, maddə 1188 (Cild I) ləğv edilib.

Chosen
4
6
editor.az

7Sources