EN

Ərdoğan Makronla ikitərəfli əlaqələri müzakirə edib

Bakı, TurkicWorld

Prezident Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı edib.

TurkicWorld xəbər verir ki, Rabitə Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə ilə Fransa arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan görüşdə, Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu vurğulayıb və Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.

Həmçinin, Ərdoğan suriyalı qaçqınların ölkələrinə qayıtması üçün səylərin başladığını, suriyalıların orada qalmalarını təmin edəcək davamlı şəraitin yaradılması, yenidənqurma və dirçəliş işlərinin aparılması üçün beynəlxalq ictimaiyyətin əməkdaşlıq etməli olduğunu qeyd edib.

Chosen
2
8
turkic.world

10Sources