Olaylar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-noyabr ayları ərzində Azərbaycana 2,76 milyard dollar dəyərində qiymətli metallar gətirilib.
Qiymətli metalların böyük hissəsini qızıl təşkil edib. Bu qədər idxalın təxminən 2,7milyard dolları qızıl alışından ibarət olub.
2024-cü ildə ölkəmizə qızıl idxalının artmasının yeganə səbəbi Dövlət Neft Fondunun ehtiyatlarının bir hissəsinin qızıla dəyişdirilməsidir. İlin geridə qalan dövrü ərzində Neft Fondu 25 tondan çox xalis qızıl alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31