EN

Bu ölkədə vətəndaşlar "evdə qal"acaqlar

Hindistanın səlahiyyətliləri paytaxt Yeni Dehlidə havanın çirklənməsi səbəbindən vətəndaşlara mümkün qədər "evdə qal" xəbərdarlığı edib. 

"Cebheinfo.az" xəbər verir ki, IQAir texnologiya şirkətinin məlumatlarına görə, paytaxt Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) "təhlükəli" olaraq təyin olunan 300 həddini keçərək 581-ə yüksəlib. 

Səlahiyyətlilər vətəndaşların havanın çirklənməsi səbəbindən nəfəs almaqda çətinlik, göz və boğazda qaşınma kimi şikayətlərlə qarşılaşa biləcəyini ifadə edərək, insanları bağlı yerlərdə qalmağa çağırıb. IQAir rəsmisi Frank Hammes Yeni Dehlidə havanın çirklənməsinin COVID-19-dan daha çox ictimai sağlamlığa təsir göstərə biləcəyini qeyd ediB. Səhiyyə mütəxəssisləri çölə çıxmalı olan vətəndaşlara maska taxmağı tövsiyə edib. 

"Mərhələli Döyüş Fəaliyyət Planı (GRAP)" çərçivəsində məktəblərin əksəriyyəti təhsildə hibrid modelə keçərkən, bütün tikinti və söküntü işləri müvəqqəti qadağan edilib. 

Chosen
17
cebheinfo.az

1Sources