EN

Azərbaycanın MDB ölkələri ilə ticarəti artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 8,1 faiz artaraq 6,3 milyard dolları üstələyib.

Teleqraf.com xəbər verir ki, MDB ölkələrinə ixrac 1,55 milyard dollar olub. Bu da 3,8 faiz artım deməkdir. MDB ölkələrindən Azərbaycana idxal isə 9,6 faiz artaraq 4,76 milyard dollara çatıb.

11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 14,67 faiz təşkil edib.


Müəllif: Teleqraf.com
Chosen
2
1
teleqraf.com

3Sources