EN

Alimlərimiz keçmişdə layiq olduqları diqqəti görməyiblər - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən TÜBİTAK və TÜBA Mükafatları Mərasimində geniş açıqlamalar verib. Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

"Bu il biz bu mükafatları 20 müxtəlif universitetdə elmi araşdırmalar aparan 25 gənc alimə təqdim edirik. 2001-ci ildən bu yana TÜBA-GEBİP mükafatlarını qazanan gənc alimlərin sayı 669-a yüksələcək. TÜBA və TÜBİTAK elm mükafatlarının qalibləri olan akademiklərimizi, elm adamlarımızı öz adımdan, elm və millətim adından ürəkdən təbrik edirəm. Həm şəxsi həyatımıza, həm də cəmiyyətlərin dünyagörüşünə nəzər saldıqda, xüsusilə işlərin dönüş nöqtələrinə gəldikdə, həvəsləndirmə, cəsarətləndirmənin qədər dəyərli olduğunu görürük", - Türkiyə lideri vurğulayıb.

Ərdoğan onu da qeyd edib ki, təməlqoyma potensialı olan bir çox ideyalar dəstək tapa bilmədiyi üçün uğursuz oldu: "Alimlərimiz keçmişdə layiq olduqları diqqət və dəstəyi görmədilər. Uzun illər Türkiyədə elm və texnologiya maraq və şövqlə bir ovuc idealist insanın imkanları ilə məhdudlaşan bir fəaliyyət sahəsi olaraq görüldü. Kvant kompüter texnologiyasında atdığımız kritik addımla Türkiyəni qlobal rəqabətdə çox strateji bir nöqtəyə daşımağı hədəfləyirik. Önümüzdəki dövrdə quracağımız 'superkeçirici çip istehsal evi' ilə çox daha yüksək tutumlu kvant kompüterlərinə gedən yolu da qət edəcəyik".

Zərintac Mayisqızı Missiya.Az

Chosen
12
missiya.az

1Sources