EN

“HTŞ” müxalifləri Rusiya ilə gizli danışıqlara başlayıb – Bəşər Əsəd Suriyaya ekstradisiya edilə bilər?

Suriyada Bəşər Əsəd rejimini devirən ölkədəki hakimiyyəti ələ keçirən müxalif qruplaşma - Heyət Təhrir əl-Şam (HTŞ) Rusiya ilə gizli danışıqlara başlayıb.

“AzPolitika” xəbər verir ki, belə bir iddia ilə “The Economist” nəşri çıxış edib.

“HTŞ” mənbələrinə əsaslanan məqalədə qrupun Rusiya ilə münasibətlərə praqmatik yanaşdığı iddia edilib. Bildirilib ki, “HTŞ” Rusiyaya Xmeymim və Tartus kimi strateji əhəmiyyətli hərbi bazaları qorumağa icazə verməyə hazır olsa da, bu addımın tamamilə öz maraqlarına uyğun atıldığını vurğulayır.

“HTŞ” rəsmiləri bu prosesdə balans yaratmağa çalışdıqlarını və tək bir gücün təsiri altında olmaq istəmədiklərini bildirirlər.

“Bu kritik dönəmdə tərəflərin nə cür razılığa gələcəyi Suriyanın gələcəyini formalaşdıracaq. “HTŞ” ölkədəki Rusiya bazalarının qorunmasına ehtimal ki, icazə verəcək. Bundan əlavə, Xmeymimdən təqribən 80 kilometr cənubda yerləşən Tartus limanında Rusiyanın icarə müqaviləsinə əməl ediləcəyi ehtimalı var. Bu o deməkdir ki, Rusiya Aralıq dənizində yeganə dərin suda yerləşən hərbi-dəniz bazasına çıxışı saxlayacaq”, - nəşr yazır.

Məqalədə Bəşər Əsədiyin Suriyaya ekstradisiyası ilə bağlı qeyd olunub ki, hələlik bu barədə Moskvaya rəsmi sorğu göndərilməyib. Mənbələr hazırda Əsədin ekstradisiyasının çətin olduğunu etiraf ediblər.

“AzPolitika.info”

1Sources