Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından bəri 45,1 min fələstinlinin öldürüldüyünü bəyan edib. 107,2 min nəfərin yaralandığı bildirilir.
İdarənin "Teleqram" kanalındakı çıxışında deyilir: "Ötən ilin oktyabrından bəri İsrail ordusunun Qəzzadakı əməliyyatları nəticəsində ölənlərin sayı 45097 nəfərə çatıb, 107444 nəfər yaralanıb".
Ötən sutka ərzində 38 nəfərin həlak olduğu, 203 nəfərin yaralandığı bildirilir.
Hürr Tərcüman