EN

Hərbi obyektləri ilə birgə gedər-gəlməzə göndəriləcəklər - Deputat

"Müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaș həddinin 35-dən 30-a endirilməsi ilə bağlı
"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklər, əslində, Azərbaycan  içində deyil, beynəlxalq müstəvidə də diqqət yetirilməli olan məsələdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklə Azərbaycan nümayiş etdirir ki, Ermənistanla savaşı bitmiş sayırıq və heç kimin də torpağında gözümüz yoxdur".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Sahib Alıyev deyib. 

Deputat bildirib ki, əks halda qanunvericiliyimizdə müddətli həqiqi hərbi xidmət keçənlərin sayını çox da olmasa, hər halda azaldacaq bir addım atılmazdı: "Bəs qərbdəki bəlli çevrələrin sevimli "sülhpərvər" Ermənistanı nə edir? Onların  hərtərəfli dəstəyi ilə hərbi potensialını durmadan artırır və eyni zamanda qadınlarla yaşlıları da orduda görmək istəyir. 
Düzdür, bunun bir səbəbi yeritdikləri işğalçılıq siyasəti nəticəsində üzləşdikləri depopulyasiya ilə bağlıdır. Digər tərəfdən isə sözdə sülhdən dəm vursa da, Ermənistan baş nazirinin də keşiş Baqratla arxasında duran ünsürlər kimi revanşizm haqqında düşündüyünü görürük. Amma onlar bir şeyi unudurlar ki, hər addımları izlənilir və ötən əsrin 90-cı illərində etdiklərini təkrarlamaq niyyətləri təhlükəsizliyimizi təhdid edən hərbi obyektləri ilə birgə gedər-gəlməzə göndəriləcək".

Mürtəza
Ölkə.Az

Chosen
14
olke.az

1Sources