EN

Rus generalın qətli: Qatilə nə qədər pul vəd edilib? - VİDEO


Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və köməkçisinin öldürülməsi bütün dünyada geniş əks-səda doğurdu.

Bü gün Rusiya mətbuatı Federal Təhlükəsizlik Xidmətinin (FTB) terror aktının icraçısını saxladığını açıqlayıb.

Məlumata görə, general və köməkçisini öldürən şəxs 29 yaşlı Özbəkistan vətəndaşıdır. İddia edilir ki, Ukrayna xüsusi xidmət orqanları ona generalın qətlinə görə 100 min dollar pul mükafatı və Avropa ölkələrinin birində yaşamaq hüququ vədi verib.

Bu qətl həqiqətən sifarişlidirmi? Mövzu ilə bağlı BTV-nın suallarını hərbi jurnalist Səxavət Məmməd cavablandırıb.


Chosen
6
bakupost.az

1Sources