Bu gün Azərbaycan çempionatının II liqası çərçivəsində keçirilməli olan "Qusar" - "Şahdağ" matçı baş tutmayıb.

Rekord.az xəbər verir ki, buna səbəb "Şahdağ"ın oyuna gəlməməsidir.

Əldə etdiyimiz məlumata görə, "Şahdağ" heyətlə bağlı ciddi sıxıntı çəkdiyi üçün matçın oynanılacağı Sumqayıta yollanmayıb. Belə ki, II Liqa yarıhəvəskar olduğu üçün komandanın bir neçə futbolçusu müxtəlif liqalarda, pullu mini-futbol və MFL liqalarında çıxış edir. Bu gün də həmin futbolçuların oyun günləri olduğu üçün Qusar təmsilçisi matçın bir gün irəli, yaxud da geri çəkilməsi üçün PFL-ə müraciət edib. PFL isə bunun mümkün olmadığını bildirərək, matçın gününü dəyişməyib. Vəziyyət belə olunca, "Şahdağ" da oyuna getməməyə qərar verib.