EN

Zelenski Donbass və Krımın itirildiyini ETİRAF ETDİ

Ukraynanın Donbass və Krımı öz nəzarətinə qaytarmağa imkan verəcək resursları yoxdur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzetinə Ukrayna Respublikasının Prezidenti Vladimir Zelenski bildirib.

“De-fakto, bu ərazilər indi rusların nəzarətindədir. Onları geri qaytarmağa gücümüz çatmır. Biz Putini danışıqlar masasına oturtmaq üçün yalnız beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərik”, - deyə Ukrayna lideri bildirib.

Ukraynanın müharibəni bitirmək üçün kompromislərə getməyə hazır olması ilə bağlı sualı cavablandıran prezident mənfi cavab verib. O, Kiyevin Krım və Donbasdan imtina etməyə hazır olmadığını qeyd edib.

Zelenski əlavə edib ki, Amerikanın yeni seçilmiş lideri Donald Tramp Kiyevin Moskva ilə münaqişəni dayandırmaq istəməməsindən xəbərdardır. Ukrayna prezidenti vurğulayıb ki, onun fikrincə, münaqişənin dondurulması və Rusiya ilə tez bir zamanda razılaşmanın əldə olunması təhlükəsi var.

Bundan əvvəl Tramp bildirib ki, Zelenski Rusiya ilə münaqişəyə son qoymaq üçün saziş bağlamağa hazırlaşmalıdır. Ağ Evin gələcək rəhbəri vurğulayıb ki, o, Ukraynadakı münaqişəyə son qoyulmasına nail olmaq üçün Putinlə danışıqlar aparmaq niyyətindədir.

Chosen
8
1
manset.az

2Sources