EN

Elçin Şıxlı: "İlham Əliyev hansı sözü deməyi bizdən daha yaxşı bilir"

"İlham Əliyev belə deyibsə, deməli, elə belə də lazımdır".
 
Bunu Qaynarinfo-ya  açıqlamasında bunu "Ayna-Zerkalo" qəzetinin rəhbəri Elçin Şıxlı Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı teleaparıcı Dmitri Kiselyovun "Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac varmı" sualına cavabını şərh edərkən deyib.

"Azərbaycan Konstitusiyasında birmənalı olaraq yazılıb ki, ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası ola bilməz. Prezident və Ali Baş Komandan İlham Əliyev nə deyirsə, bunu düşünərək deyir, Prezident nə dediyini yaxşı bilir. O, hər şeyi bizdən daha düz bilir. Belə deyibsə, deməli belə də lazımdır", deyə Elçin Şıxlı bildirib.
 


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Türkiyənin Azərbaycan ordusunun modernləşdirilməsində böyük rol oynadığını bildirib. Dövlət başçısı bununla bağlı suala cavabında deyib ki, Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildən həyata keçirir:

"O vaxtdan başlanan əməkdaşlıq biu günə qədər davam edir. Doğrudur, zərurətdən və şəraitdən asılı olaraq onun forması dəyişir. Ötən 10 il ərzində  Türkiyənin hərbi strukturları Azərbaycan ordusunun modernləşdirilməsində və yüksək standartlara çatdırılmasında böyük rol oynayıb".

Aparıcının "Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac varmı" sualına isə dövlət başçısının cavabı belə olub:

"Yox. Əgər qısaca demək mümkünsə… Əgər cavabımı bir az genişləndirsəm deyə bilərəm ki, buna tələbat yoxdur".
 
Rüfət Sultan

Chosen
12
qaynarinfo.az

1Sources