EN

Yeni il, yeni üslub - 2025 ci ilin moda sirləri NƏLƏRDİR? - MODELYER AÇIQLADI

Moda sadəcə geyim seçimi deyil, həm də bir insanın şəxsiyyətini, düşüncələrini və həyat tərzini ifadə etmə vasitəsidir. Hər yeni il moda severlər üçün yeniliklər, trendlər və unikal üslublarla dolu bir başlanğıc olur. Bəs görəsən üzümüzə gələn “Yaşıl ilan” ilində moda sahəsində nə kimi yeniliklər olacaq? SİA olaraq 2025-ci ilin moda trendləri ilə bağlı modelyer Şəlalə Maqsudovaya müraciət erdik.

Şəlalə xanım açıqlamasında bildirib ki, 2025-ci ilin rəng çalarlarında cüzi dəyişiklik olacaq: "Qış rənglərinin srasında tünd qırmızı və tünd yaşıl rəngləri trend olacaq. Bununla yanaşı ağ və qara hər zamanki kimi öz dominantlığını qoruyub saxlayır. Bundan əlavə bəzi modelyerlərin fikrincə iki rəng bej və boz rənglərin kombini bu ildə öz aktullığını qoruyub saxlayacaq. Bu il daha çox qızılı elementlərin çoxluğu özünü göstərəcək. Gündəlik geyimlərdə isə ilk ağıla gələn konfort rahat geyimlər təbi ki tünd rəngli olacaq. Bununla yanaşı qara, boz, kül rənginin tünd tonları bu il daha çox dəbdə olacaq.

Qış mövsümünün geyimi deyəndə təbiiki ağıla ilk növbədə üst geyimləri gəlir. 2025-ci ildə, bu ildən fərqli olaraq üst geyimləri beldən kəsik olan, enli yaxalıqlı, qol tam uzun və midi biçimli paltolar, mantolar dəb olacaq. Modanı izləmək lazımdır ancaq nəticə olaraq gündəlik həyatda komforta önəm vermək daha gözəldir. Həm konfortlu, həm də yaraşanı geyinmək daha gözəl olardı. Yeni il gecəsində hər kəs parlaq rənglərə üstünlük verir. Nəzərə alsaq ki 2025-in parlaq rəngi qızılı rəngdir elə Yeni ili qarşılayanda da qızılı rəng çalarlarına üstünlük verilsə yaxşı olar.

Aksesuarlara gəldikdə isə 2024-cü ildə gümüşü və sadə aksesuarlar gündəmdə ikən 2025-ci ildə tam əksi, soyuq daşlarla bəzədilmiş iri aksesuarlar gündəmdə olacaq. Mən hər zaman demişəm ki xanımlar modanı izləsinlər ancaq öz tərzlərini taparaq, öz stillərini yaradaraq geyinsələr daha gözəl olar”.

Ülkər Rəhmanqızı

Chosen
10
sia.az

1Sources