EN

11 ayda alma ixracından 53 milyon dollardan çox - GƏLİR ƏLDƏ EDİLİB

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 53 milyon 198 min dollar dəyərində 84 min 370 ton alma ixrac olunub.

Xaricə ixrac olunan narın kilosuu 35 qəpik ucuzlaşıb - YENİ QİYMƏT

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 46 min dollar və ya 6,1% artıb, miqdar ifadəsilə 4 378 ton və ya 5,5% artıb.

2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan 50 milyon 151 min dollar dəyərində 79 min 992 ton alma ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1,07 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,06 manat idi.

Bu il ümumi ixracının 0,22%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,72%-i almanın payına düşüb.

Chosen
5
fed.az

1Sources