EN

Övladlığagötürmə və himayədar ailə fəaliyyəti ilə məşğul olan əməkdaşlar üçün növbəti təlim təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığagötürmə və himayədar ailə mövzusunda təşkil edilən maarifləndirmə görüşləri davam etdirilir. 

 

Agentliyin övladlığagötürmə və himayədar ailə sahəsində fəaliyyət göstərən 50-yə yaxın əməkdaşının cəlb olunduğu növbəti təlim iki gün davam edib. 

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Övladlığagötürmə və alternativ qayğı siyasəti şöbəsinin və Agentliyin əməkdaşlarının keçdiyi təlimdə iştirakçılara müvafiq sahədə zəruri məlumatlar aşılanıb. 

 

Təqdimatlarda müvafiq fəaliyyəti həyata keçirən əməkdaşlara uşaqlar ailələrə verilən zaman qiymətləndirmə alətlərindən istifadə, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə verilməsi prosesinin planlaşdırılması və inkişafına dəstək mexanizmləri aşılanıb. 

 

Həmçinin müxtəlif real keyslər üzrə nümunələr göstərilib, müraciətlərin təhlili və sistemləşdirilməsi ilə bağlı təcrübələr bölüşülüb, suallar cavablandırılıb.  

 

İştirakçıların bilik və bacarıqlarının artırılması məqsədi daşıyan bu kimi təlimlərin davam etdirilməsi nəzərdə tutulub.

Chosen
23
3
qht.az

4Sources