EN

"Hematologiyanın aktual məsələləri 2024" - Beynəlxalq konfrans keçirilib

16-17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 80 illik yubileyinə həsr olunmuş"Hematologiyanın aktual məsələləri 2024"adlı beynəlxalq konfrans keçirilib.

Konfransda onkohematoloji xəstəliklər,irsi qan xəstəlikləri,innovativ müalicə metodları,qan xidmətinin təşkili və təkmilləşdirilməsi və digər mövzularda Azərbaycan və xarici ekspertlərin (Türkiyə, Rusiya, Fransa, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus, Gürcüstan) məruzələri dinlənilmiş fikir mübadiləsi aparılıb.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri, dosent E.Qədimova moderator və "İnhibitorlu hemofiliyalı xəstələrin profilaktik müalicəsi" mövzusunda spiker olub. Hematologiya kafedrasının assistenti t.ü.f.d. Mehparə Kazımova "Hemofiliyanın müalicəsində müasir elmi araşdırmalar, klinik nəticələr", kafedranın assistenti t.ü.f.d. G.Əlizadə "Hemofiliyalı xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi" mövzusunda çıxış ediblər.

Fotonu

Fotonu

Fotonu

Chosen
6
turkustan.az

1Sources