EN

İttifaq sədri: Yaşıl dünya naminə görülən işlərə töhfə verməyə hazırıq

İttifaq sədri yaşıl dünya naminə görülən işlərə töhfə verməyə hazır olduqlarını bəyan edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Konüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ekologiya sahəsində atılacaq addımlar üçün motivasiya qaynağı olub: "Biz təkcə bu il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğu üçün deyil, ümumiyyətlə, hər il yaşıl dünya naminə görülən işlərə töhfə verməyə hazırıq. Çünki ekoloji sahə bizim üçün prioritetdir. Tullantıların idarə olunması, təkrar emalı, hətta onları əl işinə çevirərək sərgilərdə nümayiş etdirmək fəaliyyətlərimizdən bir qismidir".

V.Əliyev COP29 dövründə aktiv fəaliyyət göstərdikləri üçün könüllülərə təşəkkürünü bildirib: "Könüllülərin COP29 dövründə fəaliyyəti əvəzsiz idi. Mən hər bir könüllüyə təşəkkür edirəm".

Chosen
14
ikisahil.az

1Sources