EN

Ukrayna ağır durumda: Trampı razı salmağa çalışırlar ki...

Avropa İttifaqı liderləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı Ukraynaya dəstəyi davam etdirməyə razı salmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə "Newsweek" qəzeti məlumat yayıb.

Nəşrdə qeyd olunub ki, son həftələr bloka üzv ölkələr Trampla telefon danışıqları zamanı əsasən bu mövzunu müzakirə edirlər.

Bununla yanaşı, Respublikaçılar partiyası üzvlərinin münaqişənin növbəti mərhələsinin müzakirəsi ilə bağlı Ukrayna rəsmiləri ilə şəxsi söhbətlər aparmağa başladığı bildirilib.

Xatırladaq ki, Tramp prezidentlik seçkilərində qələbə qazandıqdan sonra, Rusiya-Ukrayna müharibəsinə son qoyacağına dair söz verib.


Müəllif: Ceyhun Ağazadə
Chosen
21
1
teleqraf.com

2Sources