EN

ADY: Quru sərhədləri açılsa, Bakı-Tbilisi-Bakı reysi bərpa ediləcək

Azərbaycanın quru sərhədləri açılsa, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək.

 

"Report" bildirir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

 

"Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq", - deyə o qeyd edib.


Chosen
7
22
senzor.az

10Sources