EN

"Millətinə qarşı empatiyanı tərk edənlərə nə desək də faydası yoxdur"

"Burunlarının dibini görməkdən aciz olanlar bunu anlamaya bilər. "Türkiyənin Liviyada və ya Somalidə nə işi var?" deyənlər bu missiyanı başa düşməyə bilərlər". Missiya.Az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən TÜBİTAK və TÜBA Mükafatları Mərasimində deyib.

"Türkiyənin necə dəyişdiyini bilməyənlər hadisələrin gedişatını anlamaqda çətinlik çəkə bilər. Onları öz səhvləri ilə baş-başa buraxırıq. Millətinə qarşı empatiyanı tərk edənlərə nə desək də faydası yoxdur. Biz onlarla vaxt itirməyəcəyik, diqqətimizi hədəflərimizə yönəldəcəyik. İnanıram ki, bu mübarək yolda üzərinizə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəksiniz. Siz gənclərimizi həvəsləndirərək və dəstəkləyərək 2053 və 2071 vizyonumuzun memarı olacaqsınız. Allah hamınıza kömək olsun", - Ərdoğan əlavə edib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
13
missiya.az

1Sources