EN

Maya Sandunun andiçmə mərasimi bu tarixdə keçiriləcək

Moldovanın seçilmiş Prezidenti Maya Sandu respublika Sarayında dekabr 24-də keçirilməsi planlaşdırılan andiçmə mərasimindən sonra ikinci prezidentlik müddətini rəsmi olaraq icra etməyə başlayacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “TV 8” telekanalına Prezidentin müşaviri Andrian Belutsel məlumat verib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin noyabrın 3-də keçirilən ikinci turunun nəticələrinə əsasən Maya Sandu səslərin 55,33 %-ni toplayaraq müxalifət namizədi Aleksandr Stoyanoqlonu qabaqlayıb.

Qeyd edək ki, ölkə prezidenti dörd illik müddətə seçilir.

Chosen
1
2
bakivaxti.az

5Sources