EN

Avropa Parlamentində Azərbaycanda həbsdə olan fəallara dəstək aksiyası keçirilib

Parlament üzvləri Azərbaycanda repressiyalara son verilməsinə çağırış ediblər

Dekabrın 17-də Avropa Parlamentinin deputatları Azərbaycanda həbsdə olan jurnalistlərə və ictimai fəallara dəstək aksiyası keçiriblər.

Bu barədə məlumatı "Turan” yayıb.

Əllərində həbsdə olan jurnalistlərin və ictimai fəlların fotolarını tutan parlament üzvləri Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalara son verilməsinə çağırış ediblər.

Bu günsə Avropa Parlamentinin plenar iclasında "Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar, Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV işləri” mövzusu üzrə müzakirələr keçiriləcək. Müzakirələrin yekunu olaraq dekabrın 19-da qeyri-icbari qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Avropa Parlamenti bu ilin aprelin 25-də və oktyabrın 24-də Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanskiyalar tətbiq etməyə çağıran qətnamələr qəbul edib.

Chosen
18
arqument.az

1Sources