EN

2025-dən Şotlandiya rəsmiləri “WhatsApp”dan istifadə edə bilməyəcək

Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə "WhatsApp" messencerindən rəsmi məqsədlər üçün istifadə etməyi qadağan etmək qərarına gəlib.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, bu, Şotlandiyanın birinci nazirinin müavini Keyt Forbsun bəyanatında əks olunub:

“Hökumət fəaliyyətləri təhlükəsiz olan və məlumatın qanunla müəyyən edilmiş öhdəliklərimizə uyğun şəkildə paylaşılmasına imkan verən hökumət sistemlərində həyata keçirilməlidir”.

Forbs əlavə edib ki, "WhatsApp" və digər “qeyri-müəssisə” mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazından dayandırılacaq.

Birinci nazir müavininin sözlərinə görə, məmurlardan rəsmi məqsədlər üçün yalnız "Microsoft Teams" kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan ediləcək. Bütün “korporativ olmayan” ani messencerlər yenidən quraşdırmaq imkanı olmadan nazirlərin iş mobil cihazlarından silinəcək.


Telegram kanalımız
Chosen
3
2
yenisabah.az

3Sources