EN

Dediklərindən peşman olan fenomen Bülent Ərsoyun qarşısında diz çökərək üzr istədi – VİDEO

Türkiyədə məşhur sosial media fenomeni Murat Övüç, tanınmış müğənni və sənətkar Bülənt Ərsoydan diz çökərək üzr istəyib

Medianews.az xəbər verir ki, M.Övüç bu anı sosial media hesabında paylaşıb.

Murat Övüç, Bülənt Ərsoyun qarşısında diz çökərək əlindən öpüb və onu bağışladığı üçün təşəkkür edib.

Xatırladaq ki, Murat Övüç bir müddət əvvəl verdiyi açıqlamalarda Bülənt Ərsoyun zinət əşyalarının saxta olduğunu iddia etmişdi. Bu açıqlama geniş ictimai müzakirələrə səbəb olmuş, Övüçün tənqid hədəfinə çevrilməsi ilə nəticələnmişdi. Məsələ böyüyərək iki məşhur sima arasında gərginliyə səbəb olmuşdu.

Medianews.az

Chosen
27
2
medianews.az

3Sources