EN

Volodin: Rusiya xarici müdaxilədən qorunmalıdır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkənin və vətəndaşların xarici müdaxilə cəhdlərindən qorunması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Volodin Dövlət Dumasının sessiyasının yekun plenar iclasında bildirib ki, "Rusiya vətəndaşlarının gələcəkdə öz həyatlarını müstəqil planlaşdırmaları yalnız dövlətin suverenliyinin və müstəqilliyinin təmin olunması ilə mümkündür. Əks halda, bu, ölkənin məhv olmasına və böyük problemlərə gətirib çıxaracaq."

O, həmçinin əlavə edib ki, "ölkəmizə qarşı qeyri-dost müdaxilə cəhdlərindən və digər dövlətlərdən maliyyə alaraq ölkəni dağıtmağa çalışanlardan qorunmaq üçün hər şeyi etməliyik."

Volodin xatırladıb ki, daha əvvəl Dövlət Duması xarici agentlərə ödənişlər üçün xüsusi hesabların tətbiqi ilə bağlı qanun qəbul edib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də "Vahid Rusiya" partiyasının XXII qurultayındakı plenar iclasda çıxışı zamanı bəyan etmişdi ki, "heç bir təzyiq və xarici müdaxilə cəhdi Rusiyaya mane ola bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources