Bu gün II Liqada 13-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son gündə iki oyun keçirilib.
"Saatlı-Araz" "Şəki Siti"ni 5:1, "Şəmkir" isə "Lerik"i 4:1 hesabı ilə məğlub edib.
Lider "Şahdağ Qusar" isə Qusar derbisinə "Qusar"la qarşılaşmalı idi. Ancaq rayonun eyniadlı komandası oyuna gəlməyib.
Bu oyunun nəticəsi ilə bağlı hüquqi qərarı AFFA İntizam Komitəsi tərəfindən veriləcəyi bildirilib. "Qusar"a texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Bununla liqada ilə və birinci dövrəyə yekun vurulub. "Şahdağ Qusar" ilk dövrəni 36 xalla lider kimi başa vurub.
“Saatlı-Araz” – “Şəki Siti” 5:1
Qollar: X.Bədirov, 25, E.Xəlilli, 30, 41, 51 (pen), R.Süleymanov, 54 - A.Quliyev, 22
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Sənan Bayramzadə
Saatlı OİK stadionu
“Şəmkir” – “Lerik” 4:1
Qollar: K.Əhmədli, 13, S.Abbasov, 16, V.Cəfərov, 57, R.Şahmuradov, 81 - Z.Axundzadə, 25
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Sərxan İsmayılov
Şəmkir OİK stadionu
“Qusar” – “Şahdağ Qusar” (Baş tutmayıb)
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
“Kapital Bank Arena” (ehtiyat meydança)