EN

Türkiyə hər zaman Suriyanın yanındadır - Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə ölkə olaraq hər zaman Suriyanın yanındadır.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində TÜBİTAK və TÜBA Mükafatlandırma Mərasimindəki çıxışında bildirib.

Türkiyənin gələcəkdə daha yüksək inkişaf səviyyəsinə çatacağına inandığını vurğulayan Ərdoğan,ölkənin coğrafi sərhədlərinin yalnız 782 min kvadrat kilometr ilə məhdudlaşmadığını qeyd edib.

Türk millətinin öz taleyindən qaçmağa və tarixi missiyasından imtina etməyə qadir olmadığını, burnunun ucunu belə görməkdə aciz olanların ölkənin beynəlxalq səhnədəki rolunu anlamaqda çətinlik çəkdiyini bildirib.

Türkiyənin Liviyada və Somalidəki fəaliyyətləri, ölkənin qlobal missiyasının bir hissəsi olaraq qiymətləndirilməli olduğunu da qeyd edən Prezident, millətə empatiya hissini itirən bu cür insanlarla vaxt itirməyib , sadəcə hədəflərə yönələcəyini bildirib.

Chosen
14
turkic.world

1Sources