Türkiyə Super Liqa təmsilçilərindən “Qalatasaray” qışda heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin "gözdən düşmüş" ulduzu Milan Şkriniarı heyətinə qatmaq niyyətindədir.
“Sarı-qırmızılılar” oyunçunu mövsümün sonuna kimi icarə əsasında transfer etmək istəyir.
Fransa təmsilçisi də bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2023-cü ildə PSJ-yə azad agent statusunda keçmişdi.
"Yuventus"un futbolçusu mükafatlandırıldı
"Barselona" "Siti"nin hücumçusunu istəyir
"Sabah"dan Merih Demiralla bağlı transfer açıqlaması
"Barselona"nın qış "transfer pəncərəsi" üçün planları müəyyənləşib
"Mançester Yunayted" "Milan"lı futbolçu ilə maraqlanır