ABŞ-da aparılan yeni bir araşdırma, taksi və təcili yardım sürücülərinin digər peşə qruplarına nisbətən daha az Alzheimer xəstəliyinə tutulduğunu ortaya qoydu.
İndex.az xəbər verir ki, Harvard Tibb Məktəbi və “Mass General Brigham” tədqiqatçılarının 2020-2022-ci illər arasında apardıqları araşdırmada 443 müxtəlif peşədən dünyasını dəyişən təxminən 9 milyon insanın məlumatları araşdırılıb. Bu çərçivədə, Alzheimer ilə əlaqəli ölüm nisbətləri təhlil edildi.
Araşdırmaya görə, ümumi əhali arasında Alzheimerdən ölüm nisbəti yüzdə 1,69 ikən, taksi sürücülərində bu nisbət yüzdə 1,03, təcili yardım sürücülərində isə yüzdə 0,91 olaraq müəyyən edilib. Əksinə, təyyarə pilotları üçün bu nisbət yüzdə 2,34-ə yüksəldiyi halda, avtobus sürücülərində yüzdə 1,65-də qalıb.