Bakı sakinlərinin və şəhər nəqliyyat sisteminin rahatlığını artırmaq məqsədilə Bakı metrosunun yeni B-4 stansiyasının tikintisi sürətlə davam edir. Müasir texnologiyaların tətbiqi və geniş infrastruktur imkanları ilə fərqlənəcək bu stansiya hazırda Bakı metrosunun ümumən gedən 28-ci stansiyadır.
Yenisabah.az ajans.az-a istinadla xəbər verir ki, layihə ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, B-04 metrostansiyası Bənövşəyi xəttin hazırda tikilməkdə olan 5-ci stansiyasıdır:
"Stansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Bu stansiya 1 saylı Mərkəzi Klinik Xəstəxananın arxası, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşəcək. Stansiya, Bənövşəyi xəttin mövcud infrastrukturu üzərində yerləşəcək və "8 Noyabr" stansiyasından sonra gələcək".
B.Məmmədovun sözlərinə görə, B-04 stansiyasının dizaynı da üslubu və arxitektur həlli ilə fərqlənəcək. Stansiyada qabaqcıl texnologiyalardan istifadə olunacaq ki, bu da həm sərnişinlərin təhlükəsizliyini, həm də rahatlığını təmin edəcək.
"B-04" stansiyasının istifadəyə verilməsi barədə məlumat inşaat işlərinin bərpasından sonra məlum olacaq.
Telegram kanalımız