EN

Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib

Məhkəmə

Dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsi iqtisadçı alim Qubad İbadoğlunun ölkədən çıxışına qoyulmuş qadağanın ləğvindən imtina ilə bağlı şikayəti təmin etməyib.

Reyting.az
xəbər verir ki, müdafiə tərəfi Qubad İbadoğlunun dekabrın 17-də Avropa Parlamentində Saxarov adına mükafatın təltifetmə mərasimində iştirak dəvətini qəbul edə bilməsi üçün qadağanın ləğvini xahiş etmişdi. Bu mükafatın finalçılarından biri İbadoğlu idi. Lakin dekabrın 3-də Nərimanov Rayon Məhkəməsi bu xahişi təmin etməyib.

Dekabrın 17-də Qubadoğlu tədbirə onlayn qoşulmalı idi. Lakin həmin vaxt onun mənzilində stasionar və mobil internet kəsilib.

Bundan əvvəl məhkəmə iki dəfə İbadoğlunun ağır ürək əməliyyatı olması üçün ölkədən çıxışına qoyulmuş qadağanın ləğvi haqqında xahişini təmin etməyib.

Xatırladaq ki, Q. İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib. Ona qarşı CM-nin 204.3.1-ci (saxta pulların satılması), həmçinin 167-3.1-ci (ekstremist materialların saxlanması və yayılması) maddələri ilə ittiham irəli sürülüb.

Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.

22 aprel 2024-cü il tarixində məhkəmə müdafiə tərəfin İbadoğlunun ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin edib.

Lakin mayın 4-də polis əməkdaşları ona uzaqdan müşahidə üçün elektron qolbaq taxıblar.

Sentyabrda İbadoğluya onun işi üzrə istintaqın dayandırıldığı bildirilib, lakin onun ölkədən çıxışına qoyulmuş qadağa ləğv olunmayıb.(Turan)
Chosen
3
3
reyting.az

4Sources