EN

Azərbaycanın prosessinq mərkəzi nizamnamə kapitalını azaldır

 

"Millikart" MMC prosessinq mərkəzi nizamnamə kapitalını azaltdığını elan edib.

Missiya.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, prosessinq mərkəzi nizamnamə kapitalını nə qədər azaltdığını açıqlamayıb. Yalnız o məlumdur ki, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 5A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Millikart"ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradıb, sonradan banklara satıb. Hazırda onun nizamnamə kapitalı 6 milyon manatdır. Prosessinq mərkəzinin təsisçiləri fəaliyyətdə olan "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Unibank", "Azər-Türk Bank", "Rabitəbank", "Turan Bank", "Bank of Baku" və "Xalq Bank" ASC-lər, "Access Bank" QSC, ləğv prosesində olan "AtaBank", "Amrah Bank", "Dəmir Bank", "Kredo Bank", "Texnika Bank" və "Zamin Bank" ASC-lər, "Bank Standard" QSC, eləcə də "Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.

Chosen
15
2
missiya.az

3Sources