EN

Numan Kurtulmuş: Türkiyə qardaş Azərbaycanı bundan sonra da dəstəkləməyə davam edəcək

Türkiyə qardaş və dost Azərbaycanı dəstəkləməyə davam etməkdə qərarlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çərşənbə günü Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Kurtulmuş qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə bütün Türkiyə Azərbaycan Ordusunun qələbəsinə ürəkdən inanıb.

“Azərbaycanın Qələbəsi Cənubi Qafqazın tarixində yeni səhifə açdı. Ümid edirik ki, tezliklə bölgədə ədalətli və uzunmüddətli sülh təmin olunacaq”, - deyə Türkiyə parlamentinin rəhbəri bildirib.

Kurtulmuş regiondankənar qüvvələrin Cənubi Qafqazda yenidən gərginlik yaratmaq cəhdlərini yolverilməz adlandırıb.

“Türkiyə regionda münasibətlərin tam normallaşmasının tərəfdarıdır. Biz Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının tezliklə bərpasına və Zəngəzur dəhlizinin açılmasına ümid edirik”, - deyə Kurtulmuş bildirib.

O, Zəngəzur dəhlizinin açılmasını təkcə region ölkələri üçün deyil, ümumilikdə dünya ticarəti üçün əlamətdar hadisə adlandırıb.

Chosen
2
1
herbiand.az

2Sources