EN

Güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsü açıqlanıb

Bu ilin yanvar-noyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanmış layihələrin 99,8 faizi, kredit məbləğinin isə 92,8 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.

Fondun məlumatına görə, hesabat dövrində kredit sayının sahibkarlıq subyektləri üzrə bölgüsündə 96 faiz mikro, 2,9 faiz kiçik, 0,9 faiz orta sahibkarlıq subyektlərinin payına düşüb.

Güzəştli kredit məbləğinin sahibkarlıq subyektləri üzrə bölgüsündə isə mikro sahibkarlıq subyektlərinin payı 67,9 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 16,6 faiz, orta sahibkarlıq subyektlərinin payı 8,3 faiz təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 11 ayı ərzində sahibkarların 5144 layihəsinin maliyyələşdirilməsinə 211,7 milyon manat güzəştli kredit verilib. Kreditlər hesabına 3861 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Chosen
30
vergiler.az

1Sources