EN

MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında - FOTO

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) Albaniyanın paytaxtı Tiranada keçirilmiş 13-cü Baş Assambleyasında iştirak ediblər.

İdman.biz xəbər verir ki, tədbirə MOK-un vitse-prezidenti, İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri Könül Nurullayeva və MOK-un xarici əlaqələr departamentinin direktoru Anar Bağırov qatılıblar.

Əvvəlcə İSSA-nın 41-ci İcraiyyə Şurasının iclası baş tutub. Ardınca İSSA-nın Baş Assambleyasının iclası öz işinə başlayıb.

İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılıb.

Daha sonra 2025-ci ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarının tarixi və idman proqramı iştirakçılara təqdim olunub.

VI İslam Həmrəyliyi Oyunları 2025-ci il noyabrın 7-dən 21-dək 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya və 1 milli idman növü üzrə keçiriləcək.

İdman.biz

Chosen
3
3
idman.biz

4Sources