8 dekabrda Suriyada Bəşər əl-Əsəd hökumətinin devrilməsindən sonra paytaxt Dəməşqdən Hələb şəhərinə ilk uçuş həyata keçirilib.
SİA-nın məlumatına görə, tarixi uçuşda dünya televiziya kanallarından yalnız Türkiyə Radio Televiziya Qurumu (TRT) heyəti iştirak edib.Sərnişinlər yaşadıqları sevinc hissini TRT heyəti ilə bölüşüblər.
Hələbə enişdən sonra təyyarənin pilotu TRT-yə "Azadlığın şəfəqində tarixi bir uçuş həyata keçirdik, xoşbəxtik. Ümid edirik ki, Suriyanın hər yerinə bu uçuşları həyata keçirəcəyik" deyə bildirib.
Təyyarə gün ərzində Dəməşqə qayıdacaq.