EN

Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğunrəhbərlik etdiyi türkiyəli nümayəndə heyəti Azərbaycan Ordusununrəhbər vəzifəli şəxsləri ilə bir sıra işgüzar görüşlər keçirib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, türkiyəliqonaqlarla görüşən Azərbaycan Respublikasının müdafiə nazirininmüavini - Quru Qoşunları Komandanı general-polkovnik HikmətMirzəyev qonaqları salamladıqdan sonra onlara Azərbaycan OrdusununQuru Qoşunlarının xidməti-döyüş fəaliyyəti, həyata keçirilənislahatlar, Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasıistiqamətində görülən işlər və qazanılan uğurlar haqqındadanışıb.

Qardaşlıq və dostluq üzərində qurulan Azərbaycan-Türkiyə hərbiəməkdaşlığının Ordumuzun Quru Qoşunlarının formalaşması vəinkişafında çox vacib yerə malik olduğu ifadə edilib.

Səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin Mərkəzi KomandaMəntəqəsində davam edən görüşdə müdafiə nazirinin müavini - HərbiHava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadəTürkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığınınnümayəndə heyətini salamlayaraq onları Azərbaycanda görməkdənməmnun olduğunu bildirib və qonaqlara mərkəzin fəaliyyəti barədəətraflı məlumat verib.

Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlığın HərbiHava Qüvvələrimizin inkişafında da çox vacib yerə malik olduğuifadə edilib və bunun hərbi aviasiyamızın arsenalınıngücləndirilməsində əhəmiyyəti xüsusi vurğulanıb.

Daha sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrində olan türkiyəliqonaqlar Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsini müvəqqəti icraedən 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə görüşüblər.

Hərbi Dəniz Qüvvələrinin əsas bazası ilə tanışlıq zamanı TürkiyəSilahlı Qüvvələrinin nümayəndə heyətinə buranın fəaliyyəti barədəətraflı məlumat verilib, Azərbaycan və Türkiyə hərbi dənizçilərininbeynəlxalq təlimlərdə qazandığı uğurlardan danışılıb.

Görüşdə, həmçinin birgə təlimlərin, qarşılıqlı təcrübəmübadiləsinin əhəmiyyəti, eləcə də digər maraq doğuran məsələlərbarədə ətraflı fikir mübadiləsi aparılıb.

Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Chosen
18
34
az.trend.az

10Sources